AZAL sınaqçı-rəqibləri müəyyənləşdirdi

12:04 - 24 İyun 2015

"Sumqayıt" və "Kəpəz"lə qarşılaşacaq

 

AZAL yeni mövsümə hazırlıqları davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gündə bir dəfə olmaqla Şüvəlandakı bazasında məşq edən komandamız qarşıda günlərdə artıq yoldaşlıq oyunlarına da başlayacaq. İlk öncə bildirək ki, iyunun 27-də ikitərəfli oyun nəzərdə tutulub.

 

İyulda isə sınaqçı-rəqiblər olacaq. Belə ki, iyulun 7-də “təyyarəçilər” “Kəpəz”lə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. İyulun 11-də isə “Sumqayıt”la qarşılaşacağıq. “Kapital Bank Arena”da oynanılacaq matçın başlama saatı 19:00 olacaq.

Xəbər xətti