"Fənərbaxça" Naniyə illik nə qədər verəcək?

12:56 - 24 İyun 2015

Transfer bitmək üzrədi

 

"Mançester Yunayted"in portuqal futbolçusu Luiş Naninin "Fənərbaxça"ya transferi yekunlaşmaq üzrədi.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "bülbüllər" 28 yaşlı futbolçuya illik 3 milyon 750 min avroluq təklif yollayıb. 4 illik müqavilə bağlayacağı futbolçuya görə "Fənərbaxça" "qırmızı şeytanlar"a 9,7 milyon avro ödəməli olacaq. Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Lissabon "Sportinq"ində keçirən Nani çıxdığı 35 matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti