1/4 final matçları
Bu gün Avropa Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Xaybulla Musalov 1/4 final döyüşünə çıxıb.
O, Belarus boksçusu Vitali Bondarenko ilə qarşılaşıb. 3:0 hesabıyla qalib gələn təmsilçimiz yarımfinala yüksəlib.
Qadın boksçumuz Yana Alekseyevna isə yüngül çəki (57-60 kq) dərəcəsi üzrə 1/4 finalda Zinaida Dobrinina ilə yarışıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib və yarımfinala yüksəlib. Təmsilçimiz Olimpiya çempionu, dünya və Avropa çempionatlarının qalibi irlandiyalı Keti Teylorla qarşılaşacaq. Döyüşün iyunun 26-da saat 12:45-də başlayacağı gözlənilir.
saytlarin hazirlanmasi