"Bakı-2015": Məhəmmədrəsul Məcidov yarımfinal görüşünə çıxmayacaq

16:17 - 24 İyun 2015

Zədələndi və...

 

Azərbaycanın boks yığmasının üzvü Məhəmmədrəsul Məcidov Avropa Oyunlarındakı çıxışını erkən başa vurmalı olub. 

Sportal.az xəbər verir ki, buna səbəb boksçumuzun zədələnməsidir.

Belə ki, iki qələbə qazanaraq yarımfinala çıxan Məcidov sabah rusiyalı Qasan Qimbatovla qarşılaşmalı idi. Amma 1/4 final mərhələsində zədə alan boksçumuza həkimlər yarımfinal döyüşünə çıxmağı qadağan ediblər.

Bu üzdən də Məhəmmədrəsul Avropa Oyunlarını bürünc medalla başa vurmalı olub.

 

Xəbər xətti