Medal qazana bilmədilər
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında badminton yarışlarında qrup mərhələsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, təklərin yarışında ölkəmizi təmsil Kamran Rzayev B qrupunda son matçını italiyalı Rosario Maddaloniyə qarşı keçirib. 0:2 (3:21, 4:21) hesabı ilə uduzan badmintonçumuz qrupda 3-cü yeri tutub. Bununla da o, 1/8 finala çıxa bilməyərək, mübarizəni dayandırıb.
Cütlərin yarışında isə təmsilçilərimiz Kamran Rzayev və Orxan Qələndərov rusiyalılar Vladimir İvanov və İvan Sozonovlə görüşüb. 1/4 finala yüksəlmək uğrunda yarışda rəqiblərinə 0:2 (15:21, 13:21) hesabı ilə uduzan təmsilçilərimiz qrupda sonuncu yeri tutaraq mübarizəni dayandırıb.