"Real"dan fransalı futbolçuya fantastik təklif

01:22 - 25 İyun 2015

“Kral klubu” Loran Koselnini transfer edir  
 
“Arsenal”ın müdafiəçisi Loran Kosielni Madrid “Real”ının maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, “Kral klubu” 29 yaşlı futbolçunun transferi qarşılığında “topçular”a 30 milyon avro verir.
 
Madrid klubunun baş məşqçisi Rafael Benites müdafiəni gücləndirmək üçün komandada frasalı futbolçuya ehtiyac olduğunu bildirib.
 
Qeyd edək ki, Kosielini 2010-cu ildən “topçular”ın şərəfini qoruyur. Ötən mövsüm Premyer Liqada 39 oyuna çıxan müdafiəçi 3 dəfə fərqlənməyə imkan tapıb.

Xəbər xətti