İngiltərə təmsilçisi Kuzmanoviçdən cavab gözləyir

01:30 - 25 İyun 2015

Serbiyalı futbolçu “İnter”lə yollarını ayırır
 
“İnter”in yarımmüdafiəçisi Zdravko Kuzmanoviç klubla yollarını ayırır.
 
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin əsas heyətində möhkəmlənə bilməyən serbiyalı futbolçu “Dumanlı Albion”a üz tutur.
 
Ötən mövsüm Premyer Liqada yerini qoruyan “Uotford” Kuzmanoviçi düşərgəsinə cəlb etmək istəyir. Hətta “nerrazurilər” də 3 milyon avro qarşılığında futbolçunu sərbəst buraxmağa razıdır. Lakin Kuzmanoviç qərar vermədiyindən onun İngiltərə təmsilçisinə keçidi yubanır.  
 
İtaliya A seriyasında 14 oyun keçirən 27 yaşlı futbolçu vaxtı ilə “Bazel”, “Fiorentina” və “Ştutqart” klublarında forma geyinib.    

Xəbər xətti