"Şaxtyor"un hücumçusu Ərəbistan klubunda

02:00 - 25 İyun 2015

Luis Adrianu “Əl-Əhli”ylə müqavilə bağlayır
 
“Şaxtyor”un hücumçusu Luis Adrianunun “Əl-Əhli” klubuna keçidi yekunlaşmaq üzrədir.
 
Sportal.az xəbər verir ki, Ukrayna təmsilçisinin rəsmləri görüşən ərəblər 28 yaşlı futbolçunun keçidiylə bağlı razılığa gəlib.
 
Bir neçə gündən sonra “Əl-Əhli” futbolçuyla müqavilə bağlayacaq. Ərəbistan təmsilçisiylə yanaşı, Adrianunu heyətinə qatmaqda “Roma”, “Milan” və “İnter” də maraqlı idi.
 
Qeyd edək ki, geridə qalan mövsümdə “Şaxtyor”da 30 oyun keçirən braziliyalı forvard 16 qol vurub və 12 məhsuldar ötürmə edib.           

Xəbər xətti