"Bakı-2015" : Nicat Şıxəlizadə ipponla qalib gəldi, Tərlan Kərimov məğlub oldu

14:09 - 25 İyun 2015

8 idmançımız mübarizəyə qoşulur

 

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışlarına start verilib.

 

Sportal.az xəbər verir ki,Heydər Əliyev adına idman arenasında keçiriləcək yarışda Azərbaycan cüdoçuları da mübarizəyə qoşulacaqlar. Yarışın ilk günündə 8 idmançımız mübarizəyə qoşulacaq.

 

 

Kişilər

 

60 kq

Yığmamızın iki üzvü Orxan Səfərov və İlqar Müşkiyev mübarizəyə 1/8 finaldan start verəcəklər. Səfərov bu mərhələdə Yan Sikardi (Monteneqro) - Arif Bağırov (Belarus) cütünün, Müşkiyev isə Franssiko Qarriqos (İspaniya) - Alon Rəhim (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.


66 kq

Bu çəki dərəcəsində yarışacaq hər iki cüdoçumuz mübarizəyə 1/16 finaldan qoşulacaq. Nicat Şıxəlizadə ilk görüşündə türkiyəli Sinan Sandalla üz-üzə gəlib. O, rəqibini ippona salaraq məğlub edib.  
Cüdoçumuz 1/8 finalda italiyalı Elio Verde ilə qarşılaşacaq. 

Digər idmançımız Tərlan Kərimov isə rusiyalı Mixail Pulyaevlə qarşılaşıb və məğlub olub. 

Qadınlar

48 kq

Bu çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. İlk olaraq tatami üzərinə Leyla Əliyeva çıxıb. O, 1/16 finalda  sloveniyalı Kristina Vrsiç qarşılaşıb. Bu görüşdə cüdoçumzu şido xalı ilə qalib gəlib. L.Əliyevə 1/8 finalda belçikalı Şarlin van Sniklə qarşılaşacaq.

Digər təmsilçimiz Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantseva ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibini ipponla mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda italiyalı Valentina Moskattla qarşılaşacaq.


52 kq

Yığmamızın üzvü Səkinə Zayirova mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk görüşündə israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirib. Bu döyüşdə cüdoçumuz ipponla uduzub.
 
57 kq

Millimizin medal ümidlərindən olan Kifayət Qasımova 1/8 finala vəsiqə uğrunda serbiyalı Yovana Roqiçlə yarışacaq.

Xəbər xətti