Ukraynalı rəqibini məğlub edib
Bu gün Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycanın daha bir boksçusu rinqə çıxıb.
64 kq-da çıxış edən Lorenzo Sotomayor Ukrayna boksçusu Viktor Petrovla qarşılaşıb. 3:0 hesabıyla üstün olan təmsilçimiz adını finala yazdırıb.
Qeyd edək ki, Sotomayordan öncə millimizin üzvlərindən 81 kq-da çıxış edən Teymur Məmmədov və 52 kq-da yarışan Elvin Məmişzadə finala çıxmışdı.
saytlarin hazirlanmasi