"Fənərbaxça"da gözlənilən transfer rəsmən açıqlandı, 4 illik müqavilə

15:21 - 25 İyun 2015

"Bülbüllər" transferə doymur

 

Müqavilə ilə "Atletiko Paranaense"yə məxsus olan Fernandao "Fənərbaxça" ilə rəsmi müqaviləyə imza atıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "bülbüllər" 28 yaşlı futbolçu ilə 4 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Bursaspor"da keçirən Fernandao çıxdığı 32 matçda 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti