"Bakı-2015": basketbol yığmamız 1/4 finalda İspaniyaya rəqib oldu

18:24 - 25 İyun 2015

1/8 final matçları

 

"Bakı-2015" I Avropa Oyunlarında basketbol oyunları davam edir. 

 
Sportal.az xəbər verir ki, bu gün qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3X3 növündə 1/8 final oyunları keçiriləcək.

 

Kişilərdən ibarət yığmamız 1/4 finala gedən yolda İsrail millisi ilə qarşılaşacaq. Bu oyun saat 20:00-da başlayacaq. 

Qadınlardan ibarət millimiz isə Litva ilə üz-üzə gəlib. Rəqibinə 17:10 hesabı ilə qalib gələn yığmamız 1/4 finala yüksəlib. Komandamız burada İspaniya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu matç saat 21:30-da başlayacaq.

 

 

25 iyun

1/8 final


Qadınların mübarizəsi

17:00. Azərbaycan - Litva - 17:10



Kişilərin mübarizəsi

20:00. Azərbaycan - İsrail

Xəbər xətti