Külək yarışın vaxtının dəyişməsinə səbəb oldu

19:53 - 25 İyun 2015

BMX velosiped yarışlarının vaxtı dəyişdirilib

 

Bakı-2015 I Avropa Oyunlarının təqvimində dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, sabah start götürəcək BMX velosiped yarışlarının vaxtı dəyişdirilib.

 

Buna həftəsonu gözlənilən kəskin küləkli hava şəraiti səbəb olub. Nəticədə zamana qarşı təsnifat yarışları sabah – iyunun 26-da saat 14:30-da başlayacaq. Bunun ardınca saat 17:00-də kişi və qadınlar arasında motokros yarışları baş tutacaq.

 

İyunun 27-də külək gözlənildiyindən velosipedçilər istirahət edəcək.

 

Yarımfinal və final yarışları isə iyunun 28-də saat 15:00-də start götürəcək.

Xəbər xətti