“Nort-İst Yunayted” klubu ilə anlaşıb
Portuqaliya yığmasının keçmiş futbolçusu Simao Sabroza karyerasını Hindistanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Nort-İst Yunayted” klubu ilə anlaşıb.
Qeyd edək ki, “Nort-İst Yunayted” Assam ştatının ən böyük şəhəri Quvaxarini təmsil edir. Ötən mövsüm normal çempionatda sonuncu pillədə qərarlaşmış komanda “pley-off”larda oynamağa haqq qazanmayıb.
Bir zamanlar “Barselona”, “Benfika”, “Atletiko Madrid”, “Beşiktaş” kimi klubların formasını geyən portuqaliyalı futbolçunun son iş yeri “Espanyol” olub
saytlarin hazirlanmasi