"Bakı-2015": Millimiz yarımfinalda Türkiyəyə məğlub oldu

00:01 - 26 İyun 2015

Bürünc medal uğrunda Polşa ilə qarşılaşacaq
 
“Bakı-2015” I Avropa Oyunlarında voleybol yarışlarının yarımfinal mərhələsi keçirilib.
 
Sportal.az xəbər verir ki, qadınlardan ibarət komandamız finala çıxmaq  uğrunda Türkiyə ilə qarşılaşıb.  Gərgin mübarizə şəraitində keçən oyunda millimiz 2:3 hesabı ilə məğlub olub. Digər yarımfinal oyununda isə Polşa  Serbiyaya 3:2 hesabı ilə qalib gəlib. 
 
Voleybolçularımız bürünc medal uğrunda görüşdə Serbiya ilə qarşılaşacaq. Matç iyunun 27-i Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Türkiyə və Polşa komandaları arasınad final oyununa isə saat 18:30-da start veriləcək.
 
25 iyun
 
20:15.Türkiyə - Azərbaycan - 3:2 (25:21, 23:25, 25:19, 23:25, 15:11)  
 
17:00.Polşa - Serbiya - 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12)

Xəbər xətti