"Bakı-2015": Rusiya 1-ci, Azərbaycan 2-ci, Böyük Britaniya 3-cüdür

00:24 - 26 İyun 2015

Almaniya "3-lük"dən kənarda qaldı
 
“Bakı 2015” ilk Avropa Oyunlarında on dördüncü yarış günü medallar sahiblərini tapıb. 
 
Sportal.az xəbər verir ki, iyunun 25-i Azərbaycanın qazandığı medalların sayı 46-ya çatıb.
 
Reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 59 qızıl, 32 gümüş, 32 bürünc (123). Azərbaycan yerini yenə də dəyişməyib. Ölkəmiz ikinci yeri əldən verməyib (15 qızıl, 13 gümüş, 18 bürünc). Millimizin üzvləri bu gün 1 qızıl, 2 gümüş və 3 bürünc əldə edib
 
Üçüncü yerdə isə dəyişiklik olub. Böyük Britaniya komandası Almaniyanı keçərək üçüncü sırada qərarlaşıb (14 qızıl, 11 gümüş, 15 bürünc). 
 

Xəbər xətti