“Palermo”nun prezidenti Vaskeslə bağlı qərarını açıqladı
“Palermo” klubu hücumçu Franko Vaskesi satmaq fikrində deyil.
Sportal.az xəbər verir ki, A seriyasında uğurulu çıxışıyla diqqəti cəlb edən futbolçu İtaliya millisinə də cəlb olunub.
Ötən mövsüm 37 oyuna 10 qol vuran və eyni sayda məhsuldar ötürmə edən 26 yaşlı argentina əsilli futbolçu digər kluibların maraq dairəsinə düşüb.
“Palermo”nun prezidenti Maurusio Zamparini açıqlamasında istedadlı futbolçunu satmaq fikrində olmadıqlarını deyib:
“Vaskes hər bir komandaya xeyir verə bilər. O, aparıcı klublardan hər hansı birinə transfer olsa, parlayacaq. Lakin indiki halda belə bir futbolçuya ehtiyacımız var. Ona görə də Vaskesi satmaq fikrimiz yoxdur”.
saytlarin hazirlanmasi