Fransalı futbolçunun keçidi baş tutmadı
"Çelsi" klubunun Madrid "Atletiko"sunun aparıcı üzvü Anton Qrizmanı transfer etməkdə israrlıdır.
Sportal.az xəbər verir ki, London təmsilçisi fransalı futbolçunun qarşılığında Madrid təmsilçisinə 50 milyon avro təklif göndərib.
Bundan başqa, "zadəganlar" üstəlik ötən mövsüm icarə əsasında "Fiorentina"da çıxış edən Məhəmməd Salahı da qarşı tərəfə təklif edib. Bütün bunlara rəğmən, "Atletiko" rəhbərliyi "Çelsi"dən gələn təklifləri geri çevirib.
Qeyd edək ki, ötən mövsüm “Atletiko”da 53 oyuna çıxan fransalı futbolçu 25 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi