"Qarabağ"a qarşı oynayan futbolçu klubundan ayrılır

02:05 - 26 İyun 2015

Maks Qradel Fransadan gedəcəyini açıqladı
 
“Sent-Etyen”in yarımmüdafiəçisi Maks Qradel klubla yollarını ayırmaq qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı kot-d`ivuarlı futbolçu Fransa təmsilçisinin düşərgəsini tərk etməyə yaxındır.
 
Rusiya “Lokomotiv”inin təklifini qəbul etməyən Qradel özünü daha da güclü klublarda sınamaq istəyini gizlətməyib:
 
“Düzü, “Sent-Etyen”dən ayrılacam. Yeni kubum hansıdır? Bu barədə hələ qərar verməyim tezdir. Bir sıra klublardan təklif almışam. Onlar arasında seçim aparıram. Qətə qərara gələndən sonra seçimimi açıqlayacam”.
 
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsində Maks Qradel “Sent-Etyen”in heyətində “Qarabağ”a qarşı oynayıb. Ötən mövsüm 40 oyun keçirən futbolçu 17 qol vurub.       

Xəbər xətti