İtaliya təmsilçisi Simone Verdiylə anlaşdı
“Milan” klubu daha bir futbolçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, “rossonerilər” “Torino”da forma geyinən Simone Verdiylə müqavilə bağlayıb.
“Milan” klubu gənclərdən ibarət İtaliya millisinin aparıcı üzvüylə 5 illik razılıq əldə edib. Belədə istedadlı yarımmüdafiəçi növbəti mövsüm milanlıların uğurları üçün tər tökməli olacaq.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Empoli" klubunda keçirən 22 yaşlı futbolçu 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi