"Bavariya" Di Mariyadan əl çəkmir

03:10 - 26 İyun 2015

Münhen təmsilçisindən fantastik təklif  
 
“Bavariya” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Anxel Di Mariyanı transfer etməkdə israrlıdır.
 
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi argentinalı futbolçunun keçidində böyük fədakarlıq göstərir.
 
Xosep Qvardiola xidmətində görmək istədiyi futbolçu üçün Bastian Şvaynştaygerlə yanaşı, üstəlik “Mançester Yunayetd”ə 40 milyon avro verməyə hazırdır. Son məlumatlara görə yaxın günlərdə bir araya gələcək tərəflər bu məsələni müzakirə edəcəklər.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 27 oyuna çıxan 27 yaşlı argentinalı futbolçu 4 qol vurub və 12 məhsuldar ötürmə edib.

Xəbər xətti