Qrup mərhələsində son matç
"Bakı-2015" I Avropa Oyunlarında bu gün çimərlik futbolu üzrə yarışlarda qrup mərhələsinin son oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, bugünkü nəticələrdən sonra yarımfinalçıların adlarına aydınlıq gələcək.
A qrupunda Ukrayna və İsveçrəyə məğlub olaraq, ilk iki yerə şansını itirən Azərbaycan yığması bu dəfə daha güclü rəqiblə qarşılaşacaq. Komandamız son tura lider kimi girən Portuqaliya önünə çıxacaq.
Bu matçın nəticəsindən asılı olmayaraq, Portuqaliya mübarizəni yarımfinalda davam etdirəcək, Azərbaycan millisi isə 5-ci yer uğrunda yarışacaq.
Qrupumuzun digər oyununda İsveçrə ilə Ukrayna növbəti yarımfinalçını müəyyənləşdirəcəklər.
B qrupunda isə hər şey axırıncı tura qalıb. Belə ki, son tur öncəsi 4 komandanın hamısı növbəti mərhələ şansını qoruyur.
Çimərlik futbolu, III tur
26 iyun
A qrupu
17:30. İsveçrə - Ukrayna
20:30. Azərbaycan – Portuqaliya
1. |
Portuqaliya |
2 |
2 |
0 |
11-9 |
5 |
2. |
İsveçrə |
2 |
1 |
1 |
12-10 |
3 |
3. |
Ukrayna |
2 |
1 |
1 |
7-6 |
3 |
4. |
Azərbaycan |
2 |
0 |
2 |
5-10 |
0 |