3 növ üzrə yarışlar
Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatmada komanda yarışlarına start verilib.
Sportal.az xəbər verir ki, qadınlar rapira və sablyada, kişilər şpaqada qüvvəsini sınayır.
Azərbaycan bu yarışlarda iki komanda ilə təmsil olunub. Sablyaçı qadınlardan ibarət yığmamız 1/4 finalda Rusiya ilə görüşüb. Millimiz bu matçda 19:45 hesabı ilə uduzaraq, yarımfinala yüksələ bilməyib.
Kişi şpaqaçılar da yarımfinala yüksələ bilməyərək, 1/4 finalda dayanıb. Rusiya ilə üz-üzə gələn komandamız 18:45 hesabı uduzub.
Yarımfinala yüksələ bilməyən yığmalarımı 5-ci yer uğrunda matçda qüvvəsini sınayıb. Hər iki komandamız Macarıstanla görüşüb. Kişilər 19:45, qadınlar isə 25:45 hesabı ilə uduzub. Bu məğlubiyyətlərin nəticəsində hər iki yığmamız 6 komanda arasında 6-cı yeri tutub.
saytlarin hazirlanmasi