"Bakı-2015": daha 4 boksçumuz finalda

14:45 - 26 İyun 2015

Yarımfinal görüşləri

 

"Bakı-2015" Avropa Oyunlarında boks yarışları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün daha 4 boksçumuz yarımfinal görüşünə çıxıb.

 

60 kq-da yarışan Albert Səlimov irlandiyalı Sean Mccombla üz-üzə gəlib və rəqini üzərində 3:0 hesablı qələbə qazanıb. Finalda Səlimov fransalı Sofiane Oumiha ilə üz-üzə gələcək.

 

69 kq çəki dərəcəsində Pərviz Bağırov Böyük Britaniya təmsilçisi Josh Kelly ilə mübarizədən qalib ayrılıb - 3:0. Bağırov finalda rusiyalı Aleksandr Besputinlə döyüşəcək.

 

75 kq-da Xaybula Musalov macar Zoltan Harcsanı məğlub edib - 2:1. Finalda boksçumuz irlandiyalı Maykl O`Reillyla qarşılaşacaq.

 

91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev rusiyalı Sadam Maqomedovə heş bir şans tanımayıb - 3:0. Finalda boksçumuzun rəqibi ya ukraynalı, ya da xorvat idmançı olacaq. 

Xəbər xətti