3 il daha Milanda
"Milan" klubu daha bir müqaviləyə imza atıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 30 yaşlı hollandiyalı futbolçu Naydcel de Yonq daha 3 il "Milan"ın formasını geyinəcək.
Qeyd edək ki, 2012-ci ildən "rossonerlər"in şərəfini qoruyan De Yonq bu vaxt ərzində çıxdığı 90 matçda 7 qolla yadda qalıb.