"Rəqibi tanımırdım"
“Döyüş çətin keçdi. Çünki mən rəqibi tanımırdım. Dünən yarımfinala çıxışda da onu görməmişdim. Allaha şükür ki, çətin də olsa, qalib gəldim və finalda himnimizi səsləndirəcəyəm”.
Sportal.az xəbər verir ki, bu sözləri Avropa Oyunlarının boks yarışlarında finala vəsiqə qazanan boksçmuzu Pərviz Bağırov deyib.
O, yarımfinaldakı görüşündən danışıb. Bağırov həmçinin finalda keçirəcəyi görüş və rəqibi haqqında da fikirlərini bildirib: “Finaldakı rəqibimi tanıyıram. Avropa çempionudu və təcrübəli idmançıdı. Ancaq ümid edirəm ki, mən ona qalib gələcəyəm. Çünki mən ondan sürətli və taktikalıyam”.
Boksçumuz zədəsinin ciddi olduğunu bildirib: “Zədəm ciddidr. Ancaq nə qədər ciddi olsa da, rinqə çıxıb vuruşmalıyıq. Düşünürəm ki, bir problem olmaz”.
saytlarin hazirlanmasi