"Bakı-2015": Elvin Məmişzadədən qızıl medal

19:12 - 26 İyun 2015

İdmançımızdan 3:0 hesablı qələbə
 
Bu gün Avropa Oyunları çərçivəsində boks üzrə final yarışları keçirilir.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvlərindən həlledici oyunlara vəsiqə qazanmış Elvin Məmişzadə də son görüşünə çıxıb.
 
52 kq çəki dərəcəsində yarışan idmançımız italiyalı Vinçentso Pikardi ilə qarşılaşıb. 3:0 hesabıyla qələbə qazanan Məmişzadə Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.

Xəbər xətti