"Bakı-2015": Boksçularımızdan daha bir qızıl medal

19:50 - 26 İyun 2015

3:0 hesablı qələbə
 
Bu gün Avropa Oyunları çərçivəsində boks üzrə final yarışları keçirilir.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvlərindən həlledici oyunlara vəsiqə qazanmış Lorenzo Sotomayor da son görüşünə çıxıb. 64 kq çəki dərəcəsində yarışan idmançımız italiyalı Vinçentso Manqiakapre ilə qarşılaşıb. 3:0 hesabıyla qələbə qazanan Sotomayor Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.

Xəbər xətti