Məmişzadə mükafatlandırıldı
Azərbaycan Prezidenti İlham Əliyev "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında 52 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Sportal.az xəbər verir ki, dövlət başçısı "Bakı 2015"də qalib gələn Elvin Məmişzadəyə qızıl medalı təqdim edib. Daha sonra qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.
saytlarin hazirlanmasi