"Rəvan"ı çempion etmiş mütəxəssis rəsmən Zirə təmsilçisində
Bir neçə gün öncə "Rəvan"dan ayrılan baş məşqçi Füzuli Məmmədovun yeni iş yeri məlum olub. Belə ki, Məmmədov Premyer Liqanın debütantı "Zirə"nin 19 yaşlılardan ibarət komandasını çalışdıracaq.
Bu barədə Sportal.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu məlumat verib:
"Klub rəhbərliyi uşaq və yeniyetmələrin yaxşı mütəxəssislərə əmanət olunmasını istəyir. Baş məşqçimiz Adil Şükürov ehtiyyat qüvvə hesab olunan 17, 19 yaşlılardan ibarət komanda və əvəzedici heyətin əsas komanda ilə eyni sistemdə oynamasını istəyir.Bunun da Füzuli Məmmədovun baş məşqçi seçilməsində rolu var. Rəhbərlik də onun işini bəyənir və ona müqavilə təklif etdik, o da qəbul etdi. Məmmədovla 1 illik müqavilə bağladıq".
Qeyd edək ki, Məmmədov çalışdığı Rəvan U-19 komandasını ötən mövsüm çempion etmiş və komanda ilk dəfə olaraq UEFA Gənclər Liqasında iştirak etmək hüququnu qazanıb.
saytlarin hazirlanmasi