Qarşılaşmada 6 qol
Avropa Oyunları çərçivəsində çimərlik futbolu üzrə qrup mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan yığması da "A" qrupu çərçivəsində son matçına çıxıb. Millimiz bu dəfə Portuqaliya ilə qarşılaşıb. Komandamız 3:0 hesabıyla öndə olduğu görüşü sonda məğlub başa vurub.
Nəticədə, yığmamız üç məğlubiyyətlə qrup sonuncusu olub. Komandamız daha öncə Ukraynaya 1:3, İsveçrəyə 4:7 hesabıyla uduzmuşdu.
Azərbaycan - Portuqaliya - 4:6 (3:0, 0:2, 1:4)
saytlarin hazirlanmasi