"Bakı-2015": millimiz İspaniyaya qarşı

13:36 - 27 İyun 2015

5-8-ci yerlər uğrunda mübarizə

 

"Bakı-2015" I Avropa Oyunlarında çimərlik futbolu yarışları həlledici mərhələyə qədəm qoyub.

 

Sportal.az xəbər verir ki, bu gün finalçıların adlarına aydınlıq gələcək.

 

Əvvəlcə meydançaya 5-8-ci yerlər uğrunda mübarizə aparan komandalar çıxacaq. Qrupda hər 3 oyununda məğlub olan Azərbaycan yığması saat 17:30-da İspaniya ilə qarşılaşacaq. Millimiz qələbə qazanarsa, sabah 5-ci yer, uduzarsa 7-ci yer uğrunda görüşdə iştirak edəcək. Digər cütlükdə isə Ukrayna ilə Macarıstan üz-üzə gələcək.

 

Daha sonra yarımfinalçılar münasibətlərinə aydınlıq gətirəcəklər. İtaliya – İsveçrə və Portuqaliya – Rusiya qarşılaşmalarının qalibləri finala vəsiqə qazanacaq, məğlubları isə bürünc medal uğrunda mübarizə aparmaq hüququna yiyələnəcəklər.

Xəbər xətti