Yığmamız üçün 2-ci səbət
İyulun 2-də İsveçrənin Nyon şəhərində futzal üzrə DÇ-2016-nın seçmə mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, millimiz püşkatma zamanı ikinci səbətdə yer alacaq. Millimizlə eyni səbətdə Serbiya, Rumıniya, Sloveniya, Macarıstan, Slovakiya və Niderland var.
Bütün səbətlərin tərkibini təqdim edirik:
1-ci səbət: İspaniya, İtaliya, Rusiya, Portuqaliya, Ukrayna, Xorvatiya, Çexiya.
2-ci səbət: Serbiya, Rumıniya, Sloveniya, Azərbaycan, Macarıstan, Slovakiya, Niderland.
3-cü səbət: Belarus, Belçika, Bosniya və Herseqovina, Türkiyə, Qazaxıstan, Polşa, Makedoniya.
4-cü səbət: İlkin mərhələnin qalibləri.