"Barselona" 30 milyon avro qiymət qoydu, hara keçəcək?

14:42 - 27 İyun 2015

3 klubdan təklif var

 

"Barselona" ilə müqaviləsini 2019-cu ilə qədər uzadan Pedro Roqdriqes komandadan ayrıla bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "katalonlar" 27 yaşlı futbolçuya 30 milyon avro qiymət qoyub. Pedro ilə "Mançester Yunayted", "Arsenal" və "Liverpul" klubları yaxından maraqlanır. 

 

Qeyd edək ki, Pedro geridə qalan mövsümdə "Barselona"nın heyətində çıxdığı 35 matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti