Voleybol yarışlarına yekun vuruldu
Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, yarışın son günündə mükafatçıların adlarına aydınlıq gəlib.
Bürünc medal uğrunda qarşılaşmada millimiz Serbiyaya məğlub olaraq yarışı 4-cü sirada tamalayıb.
Final görüşündə isə Türkiyə və Polşa voleybolçuları qarşılaşıb. Bu qarşılaşmada türklər asan qələbə qazanaraq Avropa Oyunlarının qalibi adına layiq görülüblər. Polşa isə yarışı gümüş medalla başa vurub.
saytlarin hazirlanmasi