Bundan sonrakı 4 ili Madriddə keçirəcəm
Kolumbiya milli komandasının və “Porto”nun hücumçusu Cekson Martinezin “Atletiko”ya keçidi dəqiqləşib.
Sportal.az xəbər verir ki, bu barədə Martinez özü məlumat verib.
Amerika Kubokunda Argentina ilə keçirilən oyundan sonra açıqlama verən hücumçu Madrid klubu ilə razılığa gəldiklərini bildirib:
“Atletiko” ilə razılığa gəlmişik. Bundan sonrakı 4 ili Madriddə keçirəcəm. Keçidin rəsmi olaraq nə vaxt açıqlanacağını bilmirəm”.
Qeyd edək ki, 2012-ci ildən bəri “Porto” forması geyinən kolumbiyalı hücumçu meydana çıxdığı 132 oyunda 92 qola imza atıb.
saytlarin hazirlanmasi