İtaliya və Rusiya finalda
"Bakı-2015" I Avropa Oyunlarında çimərlik futbolu yarışları davam edir.
Sportal.az xəbər verir ki, ötən gün keçiriləcək yarımfinal oyunlarından sonra finalçılar müəyyənləşib. Final uğrunda mübarizədə İtaliya İsveçrə, Portuqaliya isə Rusiya ilə qarşılaşıb. İtaliya İsveçrəni 7:4, Rusiya isə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək finala yükəlib.
Buna qədər 5-8-ci yerlər uğrunda yarışlar keçirilib. Qrupda keçirdiyi bütün görüşlərdə uduzan Azərbaycan millisi İspaniya ilə qarşılaşıb. Bu görüşdən də məğlub ayrılan komandamız sabah 7-ci yer uğrunda mübarizə aparacaq. Millimizin rəqibi Macarıstan olacaq.
Macarlara 4:2 hesabı ilə qalib gələn Ukrayna isə sabah 5-ci yer uğrunda görüşdə yığmamızı məğlub edən İspaniya millisi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi