Daha 4 medal
“Bakı 2015” ilk Avropa Oyunlarında on yeddinci yarış günü medallar sahiblərini tapıb.
Sportal.az xəbər verir ki, iyunun 27-i Azərbaycanın qazandığı medalların sayı 56-ya çatıb. Reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 78 qızıl, 40 gümüş, 43 bürünc (161).
Azərbaycan yerini yenə də dəyişməyib. Ölkəmiz ikinciliyi əldən verməyib (21 qızıl, 15 gümüş, 20 bürünc). Millimizin üzvləri bu gün 3 qızıl, 1 gümüş medal əldə ediblər. Üçüncülüyü artıq 2 gündür ələ keçirən Böyük Britaniya yerini heç bir ölkəyə verməyib (18 qızıl, 10 gümüş, 19 bürünc).
saytlarin hazirlanmasi