Kolumbiyalı hücumçu "Milan"la razılığa gəldi

01:46 - 28 İyun 2015

Karlos Bakka “rossonerilər”lə müqavilə bağlayır
 
“Sevilya” klubunun hücumçusu Karlos Bakka karyerasını İtaliyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçu “Milan”la razılığa gəlib. 28 yaşlı futbolçunun yaxın günlərdə “rossonerilər”lə 5 illik müqavilə bağlayacaq.
 
Transferi 30 milyon avroya başa gələcək kolumbiyalı forvard İtaliya təmsilçisində ilinə 2,5 milyon məvacib alacaq. Hücumçu özünü yaxşı tərəfdən göstərəcəyi halda, “Milan” Bakkanın məvacibinə bonus olaraq 1 milyon əlavə edəcək.
 
Qeyd edək ki, ötən mövsüm “Sevilya”nın heyətində 37 oyuna çıxan kolumbiyalı futbolçu 20 qol vurub və 7 məhsuldar ötürmə edib.   

Xəbər xətti