"Monako" italiyalı hücumçunu transfer edir

02:23 - 28 İyun 2015

“Roma” Destroya görə fransızlardan nə qədər pul istədi?  
 
Ötən mövsümün ikinci yarısını “Milan”da icarə əsasında keçirən Mattia Destro karyerasını Fransada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, transfer hüququ “Roma” klubuna məxsus olan hücumçunu “Monako” heyətinə cəlb edir.
 
24 yaşlı futbolçunun keçidinə görə “canavarlar” Fransa təmsilçisindən 12 milıyon avro tələb edir. Həmin məbləği ödəməyə razılıq verən monakolular yaxın vaxtlarda italiyalı futbolçuyla müqavilə bağlamağı planlaşdırır.        

Xəbər xətti