Argentinalı hücumçu "Real"dan imtina etdi

02:35 - 28 İyun 2015

“İngiltərədə işlər qaydasında getdiyi halda, komandamı dəyişməyə  ehtiyac görmürəm”
 
“Mançester Siti”nin  hücumçusu Serxio Aquero Madrid “Real”ının ona maraq göstərməsiınə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, argentinalı futbolçu diqqətini milli komandanın oyununa yönəltdiyini və İngiltərə klubunda işlərinin qaydasında getdiyini deyib:
 
“Real”ın mənimlə maraqlandığını eşitmişəm. Ancaq bu, mənim üçün elə də önəmli deyil. Çünki diqqətimi Amerika Kubokunda milli komandanın uğur qazanmasına yönəltmişəm. İstəyirəm buradan çempion kimi ayrılaq. “Mançester Siti” klubunda xoşbəxtəm. İngiltərədə işlər qaydasında getdiyi halda, komandamı dəyişməyə  ehtiyac görmürəm”.
 
Xatırladaq ki, argentinalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 33 oyuna 26 qol vurub və 8 məhsuldar ötürmə edib.
 

Xəbər xətti