Türkiyə təmsilçisi kamerunlu futbolçuyla 3 illik müqavilə bağladı
“Sevilya” klubunun yarımmüdafiəçisi Stefan Mbia karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 29 yaşlı kamerunlu futbolçunun “Trabzonspor”a keçidi rəsmləşib.
Əndəlus təmsilçisinin heyətində Avropa Liqasının ikiqat qalibi olmuş futbolçu Türkiyə klubuyla 3 illik rəsmi müqavilə imzalayıb. 2013-cü ildən “Sevilya”nın şərəfini qoruyan Stefan Mbia vaxtı ilə Fransanın “Renn”, “Marsel” və İngiltərənin “Kuins Park Reyncers” klubunda da forma geyinib.
saytlarin hazirlanmasi