Ukraynalı futbolçu “Atletiko”ya keçə bilər
Ukrayna millisinin aparıcı üzvü və “Dnepr”in yarımmüdafiəçisi Yevgeniy Konoplyanka Madridə səfər edib.
Sportal.az xəbər verir ki, Madird “Atletiko”sunun maraq dairəsində olan ukraynalı futbolçunun klubla müqavilə bağlayacağı barədə xəbərlər yayılıb.
Arda Turan “Atletiko”dan ayrılacağı halda, Konoplyankanın Madrid təmsilçisinə keçidi reallaşa bilər. “Sevilya”ya keçidi baş tutmayan ukraynalı futbolçunun İspaniyaya niyə səfər etdiyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Atletiko”dan başqa, Yevgeniy Konoplyankanı “Tottenhem” və “İnter” klubları da düşərgəsinə cəlb etmək istəyir.
saytlarin hazirlanmasi