Mançester "Avropa Oyunları-2023"ə sahiblik edə bilər

12:22 - 28 İyun 2015

Müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər
 
“Mançester Avropa Oyunları-2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər”. 
 
Sportal.az APA-ya istinadən xəbər verir ki, bu sözləri müsahibəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. P.Hikki həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü qeyd edib: 
 
“Faktiki olaraq, 2023-cü ildə  Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər”.

Xəbər xətti