"Mladost"un baş məşqçisi: "Neftçi"nin favorit olması hər şey demək deyil"

12:46 - 28 İyun 2015

"Rəqib haqda məlumatlar toplamışam"
 
Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Mladost" klubunun baş məşqçisi Nikola Rakoyeviç matç öncəsi açıqlama verib.
 
Sportal.az xəbər verir ki, Çernoqoriya mətbuatına danışan təcrübəli mütəxəssis "Neftçi"nin cütün favoriti olduğunu bildirib:
 
"Neftçi" haqda məlumatlar toplamışam. Onların heyətində 3 braziliyalı və bir neçə legioner futbolçu var. İlk oyundan maksimum gücümüzü ortaya qoyacağıq. Təbii ki, "Neftçi" favoritdir. Ancaq bu, hər şey demək deyil. İlk matçın evdə və ya səfərdə olmasının bizim üçün əhəmiyyəti yoxdur. Mən buna önəm verməyən məşqçilərdənəm".
 
Qeyd edək ki, "Neftçi" və "Mladost" komandaları arasında ilk oyun iyulun 2-də, Bakıda keçiriləcək.

Xəbər xətti