Bolqarıstanı məğlub edərək...
"Bakı-2015" I Avropa Oyunlarında kişi voleybolçuların mübarizəsi başa çatıb.
Sportal.az хəbər verir ki, bu gün yarışın medalçıları müəyyənləşib.
3-cü yer uğrunda oyunda Polşa və Rusiya milliləri qarşılaşıb. 3:1 hesablı qələbə qazanan ruslar bürünc medallara sahib çıхıb.
Finalda isə Bolqarıstan və Almaniya milliləri üz-üzə gəlib. Almanlar 3:1 hesablı qələbə ilə yarışın qalibi olub.
Qeyd edək ki, qadın voleybolçuların yarışında Türkiyə qızıl, Polşa gümüş, Serbiya bürünc medal qazanıb, millimiz 4-cü olub.
Voleybol
Kişilər
28 iyun
3-cü yer uğrunda oyun
Polşa - Rusiya 1:3 (24:26, 25:23, 23:25, 23:25)
Final
Bolqarıstan - Almaniya 1:3 (16:25, 18:25, 31:29, 21:25)
saytlarin hazirlanmasi