"Bakı-2015": Rusiya İtaliyanı məğlub edərək çempion oldu

17:51 - 28 İyun 2015

Millimiz isə sonuncu oldu

 

Bu gün "Bakı-2015" I Avropa Oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, yarışların son günündə Azərbaycan yalnız bir idman növündə təmsil olunub.

 

Bu da çimərlik futbolu üzrə millimizdi. Qrup mərhələsində hər 3 qarşılaşmada uduzan yığmamız həlledici gündə 7-ci yer uğrunda matçda qüvvəsini sınayıb.

 

Komandamız Macarıstanla görüşüb. Futbolçularımız 2:3 hesabı ilə uduzaraq, ardıcıl 4-cü məğlubiyyətlə yarışı 8-ci pillədə başa vurub.

 

Bürünc medal uğrunda mübarizədə İsveçrə üzərində minimal hesablı qələbə qazanan Portuqaliya yarışı 3-cü pillədə başa vurub.

 

Çempionluğun taleyi Rusiya ilə İtaliya arasında qarşılaşmada həll olunub. Gərgin keçən görüşdə qələbə qazanan son dünya çempionu Rusiya millisi Avropa Oyunlarının da qızıl medalına layiq görülüb.

 

28 iyun

Çimərlik futbolu

 

7-ci yer uğrunda

Macarıstan – Azərbaycan - 3:2

5-ci yer uğrunda

Ukrayna - İspaniya - 3:6

3-cü yer uğrunda

İsveçrə - Portuqaliya - 5:6

Final

İtaliya - Rusiya - 2:3

Xəbər xətti