Xaybula Musalov: "İkinci olmaq uğur deyil"

18:09 - 28 İyun 2015

"Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı"

“Bərabər səviyyəli döyüş oldu. Hər şey Allahın əlindədir, deməli, belə olmalı idi”. Bu sözləri birinci Avropa Oyunlarının gümüş mükafatçısı Xaybula Musalov deyib.

Sportal.az xəbər verir ki, Azərbaycanı 75 kq çəki dərəcəsində təmsil edən boksçu Xaybula Musalov Avropa Oyunlarının qızıl medalına yiyələnmək üçün finalda 22 yaşlı irlandiyalı Maykl O Reylli ilə qarşılaşıb. Maraqlı və gərgin keçən görüş 2:1 hesabı ilə boksçumuz məğlub olub və gümüş medala yiyələnib.

Nəticəsindan narazı qalan idmançımız gümüş medal qazanmağı uğur saymadığını vurğulayıb: "Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı." 

Lakin o, ən azından dünya çempionatına vəsiqə qazandığı üçün orada yaxşı çıxış etməklə Olimpiadaya vəsiqə qazanmaq şansının olduğunu bildirib.

Xəbər xətti