Vidal Premyer Liqada
"Yuventus"un çilili yarımmüdafiəçisi Arturo Vidal karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunu heyətinə qatmaqda israrlı olan "Arsenal" Amerika Kuboku bitdikdən sonra Vidalla rəsmi müqavilə imzalayacaq. Futbolçunun transferi "topçular"a 30 milyon avroya başa gələcək.
Qeyd edək ki, Vidal geridə qalan mövsüm "Yuventus"un heyətində çıxdığı 28 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi