Super Liqada daha bir baş məşqçi istefası

19:31 - 28 İyun 2015

Rza Çalımbayla yollar ayrılıb

 

Türkiyə Superliqasında daha bir baş məşqçi istefası baş verib.

 

Sportal.az  xəbər verir ki, "Mərsin İdman Yurdu” baş məşqçi Rza Çalımbay yollarını ayırıb.


Türkiyə KİV-lərinə açıqlama verən 52 yaşlı mütəxəssis rəhbərliklə qarşılıqlı razılıq əsasında vidalaşdığını deyib.

 
Qeyd edək ki, Çalımbay ötən mövsümün əvvəlindən Mərsin təmsilçisini çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda mövsümü 7-ci pillədə bitirib.

Xəbər xətti